Nadir: "Sənin mənim ölən qalanlarımla nə işin var,axı?!"

21 Avqust 2013 15:38 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə, müğənni Nadir Qafarzadə  "Xəzər" televiziyasında yayımlanan "Bizim gün" verlişinin canlı yayımında əsəblərini cilovlaya bilməyib. Belə ki, müğənninin şəkillərin altda şərh yazan Ramazan Əliyev adlı sosial şəbəkə istifadəçisi müğənninin 7 əsil-köklü nəslini və gələcəyini söyüb. Söyüş yazan Ramazan Əliyev hətta müğənnini onun üçün tapan insana mükafat da vəd edib. Bunu bilən müğənni canlı yayımda öz ev ünvanını səsləndirərək Ramazanı öz evinə dəvət edib: " Telefonu söndürmə. Məni söy təhqir elə... Amma sənin mənim ölən qalanlarımla nə işin var?!  Mənim ünvanım Cəlil Məmmədquluzadə küçəsi 180, mənzil 19. Gəl mənim evimə. Çünki artıq mən səni axtarıram, tapsam...".