Rok ulduzu İsrailə boykot çağırışı etdi

21 Avqust 2013 15:51 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, məşhur rok ulduzu Roger Voters, açıq bir məktub yazaraq İsrailli səlahiyyətliləri insan haqqlarını pozmaqla təqsirləndirb və İsrailə qarşı boykot çağırışı edib. Roger Voters, ilk olaraq Fələstini dəstəkləyən internet saytı olan "Electronic Intifada"da yayımlanan məktubunda musiqiçiləri, "irqçi" olmaq və "etnik təmizlik" etməklə günahlandırdığı İsrailə qarşı mübarizəyə çağırıb. O, dünya ictimaiyyətini də tənqid edərək Birləşmiş Millətlər Təşkilatının və Qərbin bu mövzuda "istəksiz" davrandığını yazıb. Roger Voters əvvəllər də İsrail əleyhdarı çıxışlar etmişdi. 2009-ci ildə İsrailə turnir təşkil edən Voters, İsraili tənqid etmiş və Qərb Şəriyədəki divarın dəhşətli bir şey olduğunu söyləyərək, "Qısa zamanda yıxılmasını diləyirəm" demişdi. Voters, ABŞ-da təşkil etdiyi bir konsertində də yenə İsraili tənqid etmiş və bu ölkədəki Yəhudilərin etirazına səbəb olmuşdu.