Hamiləykən süngər və qum yeyib

21 Avqust 2013 18:32 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İngiltərədə yaşayan Keli Marie Pirsin hamiləykən gündə 20 qab-qacaq süngəri yediyini söyləməsi hamını heyrətləndirib. Lola və Lusian adlarında iki sağlam uşaq anası Pirs hamiləliyi boyunca qab-qacaq süngəri və qum yediyini iddia edib. Hər gün kasa kasa qum yediyini izah edən 28 yaşındakı qadın, hamiləykən ürəyinin yemək istəmədiyini, bu cür şeylər çəkdiyini söyləyib. Mövzuyla əlaqədar şərh edən mütəxəssislər, gənc qadında "Pica sindromu" olduğunu və bu sindroma tutulan kəslərin hamiləlik dövründə yeyilə bilməyən şeylər istədiyinə diqqət çəkib.