Bu gün ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başa çatır

22 Avqust 2013 12:14 (UTC+04:00)
Bu gün ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başa çatır. TQDK-nın mətbuat xidmətindən Mövqe.az-a  verilən məlumata görə, indiyə qədər artıq 9606 şəxs ixtisas seçimi edib. 

Bunlardan 2695-i I qrup, 1429-u II qrup, 4808-i III qrup, 680-i isə IV qrupa sənəd verən abituriyentlərdir. Məlumatda bildirilir ki, abituriyentlər bu günün sonuna kimi həm ali məktəblərin, həm də kolleclərin ixtisaslarını seçmək hüququna malikdirlər.

Qeyd edeək ki, ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi avqustun 18-dən başlayıb.