Bakıda qadın özünü bıçaqladı

22 Avqust 2013 12:19 (UTC+04:00)
Bakıda bıçaqlanma hadisəsi baş verib. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Ramana qəsəbəsində yerləşən "Şuşa" məcburi köçkün şəhərciyində qeydə alınıb. 1980-ci il təvəllüdlü Şəlalə Kərim qızı Məmmədova naməlum şəraitdə özünü bıçaqlayıb.

Ş.Məmmədova ağır xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.