Təhsil Nazirliyindən Sumqayıt və Abşeron məktəblilərinə forma ilə xəbərdarlıq-Özəl

22 Avqust 2013 14:53 (UTC+04:00)

Təhsil Nazirliyi Abşeron-Sumqayıt məktəblərində məktəbli formalarının dizaynı ilə bağlı yaranmış çaşqınlıqlara aydınlıq gətirib. Movqe.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilirb ki,Sumqayıt şəhərində və Abşeron rayonunda valideynlərə 2 müəssisəsinin – Bakı Tikiş Evinin və Bakı Tekstil Fabrikinin məhsulları təklif olunur: "Uşaqlar məktəbə məktəbli formasında gəlməlidirlər, bu, vacibdir. Məktəbli formasının dizaynı fərqli ola bilər. Məsələn, Təhsil şöbəsi çalışır ki, hər hansı bir məktəbdə şagirdlər eyni müəssisənin istehsalı olan formanı geyinsinlər. Bakı şəhəri üçün məktəbli formasının eyni dizaynı müəyyənləşdirilib və məktəbli forması istehsal edən müəssisələr bundan xəbərdardırlar".