Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçiminin vaxtı uzadılıb

22 Avqust 2013 16:42 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin boş qalan yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə ixtisas seçiminin vaxtını uzadıb.


Bu barədə APA-ya TQDK-nın mətbuat xidmətindən məlumat verilib. İxtisas seçimi 23 avqust saat 11:00-dək aparılacaq.

 

Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə ixtisas seçimi bu gün saat 00.00-da bitməli idi.