İnternetsiz br nəfər də qalmasın!

22 Avqust 2013 16:34 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Aralarında Facebook, Nokia, Samsung kimi texnologiya nəhənglərinin olduğu firmalar dünyada internetsiz insan qoymamaq üçün fəaliyyətə başlayıb. Facebook tərəfindən edilən şərhdə internet.org adlı bir təşkilat qurulduğu və şirkətin əsas hədəfinin dünyada hələ internetin olmadığı bölgələri şəbəkənin içinə qatmaq olduğu deyilib. Şirkət, hələ online olmayan 4 milyard nəfəri internet ilə tanış etməyi planlaşdırır. Qrupun planları arasında ucuz ağıllı telefon istehsalı və mobil Data-ın daha çox istifadə edilməsi də var.