Vine rəqibindən təsirlənmədi

22 Avqust 2013 16:51 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Facebookun sahibi olduğu Instagrama video çəkmə xüsusiyyətinin gəlməsi , Tvtterin sahibi olduğu Vine-a çox təsir etməyib. Edilən şərhə görə Vine istifadəçilərinin sayı 40 milyonu aşıb. 6 saniyəlik videolar çəkərək sosial mediada paylaşmanıza imkan verən Vine-ın iyun ayının əvvəlində təxminən 13 milyon istifadəçisi vardı. İyulun sonundan etibarən təxminən 130 milyon istifadəçisi olan Instagram isə iyun ayının sonlarında video xüsusiyyətinə qovuşmuşdu.