Azərbaycan yığmasının voleybolçusu “Sparta” klubuna keçib

22 Avqust 2013 18:18 (UTC+04:00)

Azərbaycan millisinin voleybolçusu Anita Bredisin legioner həyatı yaşayacağı rəsmiləşib. Apasport.az saytının məlumatına görə, 21 yaşlı toppaylayıcı karyerasını Rusiyada davam etdirəcək. Artıq Nijni Novqorod "Sparta"sı Bredisin keçidini rəsmən açıqlayıb. Hazırda I Liqada oynayan komandanın əsas məqsədi yüksək liqaya yüksəlməkdir.


Qeyd edək ki, Bredis son mövsümü "Lokomotiv-Biləcəri"də keçirib.