Stokholm sindiromu 40 yaşında

22 Avqust 2013 19:43 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Stockholm Sindromuna adını verən İsveçin paytaxtı Stockholmda yaşanan girov böhranının baş qəhrəmanı Jan-Erik Olsson, hadisənin 40-cı ilində yaşadıqlarını AFP-ə izah edib. Bu gün 72 yaşında olan Olsson, 23 Avqust 1973-cü ildə həbsxanadan qaçdıqdan sonra soyğun üçün girdiyi Stockholmdakı bankda girov götürdüyü 4 bank işçisinin onu qorumaq üçün böyük səy göstərdiyini söyləyib. "Polisin məni vurmaması üçün çox məşğul oldular. Hətta tualetə belə getmədilər. Polis onların tualetdə qalmasını istəyirdi amma hamısı yanıma geri döndü "deyən Olsson, girovların əvvəl çox qorxduğunu, amma sonra bu qorxunun kompleks duyğulara çevrildiyini söyləyib. Hadisə zamanı telefonla mətbuata danışan girovları Kristin Enmarkın "Əslində qorxduğum polisdir. Biz burada yaxşı vaxt keçiririk "deməsi, ölkədə şok təsiri yaratmışdı. İsveçli bank soyğunçusu Jan-Erik Olsson, girovların onunla bağlı  müsbət fikir söyləməsiylə cəmi 8 il həbs cəzası almışdı.  Olsson, indi Taylandda cinayətə qarışmadan sakit bir həyat sürür. Psixiatr Nils Bejerot tərəfindən adlandırılan Stockholm sindromu, girovların özünü girov alan adamla arasındakı romantik bağı ifadə edir.