Məktəbə başlamaq yaşı 2 yaş olacaq?

22 Avqust 2013 18:53 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Hollandiya, uzun müddətdir planlanan, məktəbə başlama yaşının 2,5 olması  layihəsini həyata keçirir. Layihə, xüsusilə xarici mənşəli uşaqların dil problemini aradan qaldırmağı hədəfləyir. Tətbiq üçün Amsterdamda artıq 10 məktəb təyin olunub. Yeni layihə çərçivəsində 1 - 4 yaş arası oyun qrupu ilə uşaq baxımı birləşdiriləcək. İlk mərhələdə həftədə 4 gün olaraq təyin olunan layihə çərçivəsində uşaqlara "məktəbə hazırlıq" təhsili veriləcək. Hollandiyada 4 yaşi tamam olmamış uşaqlar üçün körpələr evləri ödənişli olacaq. Lakin bu proyektlə 2,5 yaşındaki uşaqlar baxım və təhsil imkanlarından pulsuz faydalanacaq.

Layihə uğur qazansa qısa müddətdə bütün ölkə daxilində tətbiq olunacaq. Hollandiyada məcburi təhsilə başlama yaşı dörddür.