1-ci sinfə qəbul başa çatdı

23 Avqust 2013 13:10 (UTC+04:00)
Avqustun 20-də Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinə xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə ərizə qəbulu başa çatıb. Təhsil nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, həmin komissiyaların hər birində ibtidai sinif müəllimi, həkim, psixoloq və metodistlər təmsil olunur. Məlumatda bildirilir ki, Bakı şəhəri üzrə uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı 3788 ərizə daxil olub. Avqustun 20-dək müsahibədən keçirilib 1868 uşaqdan 975-nin vaxtından əvvəl I sinfə qəbuluna razılıq verilib. Müsahibə valideynlərin iştirakı ilə keçirilir. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə müsahibənin videoçəkilişi aparılır. Bu il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan uşaqlarla aparılan müsahibənin sentyabrın 10-da başa çatdırılması nəzərdə tutulub. Xatırladaq ki, Bakı şəhərində uşaqların vaxtından əvvəl I sinfə qəbulunu həyata keçirmək üçün yaradılan komissiyalar avqustun 5-dən etibarən Nəsimi rayonundakı 42 nömrəli orta məktəbdə fəaliyyət göstərir.