Məşhur azərbaycanlı rəqqas İlham Kərimli yeni rəqs nömrəsini təqdim edib. Rəqqas Mövqe.az-a açıqlamasında, "Teador" ispan rəqsini ifa etdiyini bildirdi: "Xarakterik rəqsdir. İspanlarin sevimli döyüş növü olan öküz döyüsündən təsinlənərək yaradılan rəqs hərəkətlərindən ibarətdir."
Xoreoqraf Fərhad Vəliyevin quruluş verdiyi rəqsi İlham Kərimli
matador kostyumda ifa edib. Rəqqas xüsusi olaraq "Teodor" rəqsi
üçün hazırlandığı bu kostyumun əl işi olduğunu və rəqs kostyumları
içində ən bahalı olduğunu deyib. İlham Kərimli üzəri əl
işləmələrindən ibarət kostyumun qiymətini açıqlamaq
istəmədi.