Ordu məlumatlarını sızdırdı, indi də qadın olmaq istəyir

23 Avqust 2013 18:40 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ABŞ-ın gizli sənədlərini sızdırmaqdan məhkum edilən Bradley Manning həyatını qadın olaraq davam etdirmək istədiyini və Çelsi adını almağı istədiyini söyləyib. ABŞ Ordusunun tarixindəki ən böyük məlumat sızıntısına səbəb olmaqla mühakimə olunduğu iddiada edilən,  35 il həbsə məhkum olan Er Bradley Manning, qadın olmaq istədiyini açıqlayıb. 25 yaşındakı Manning, NBC televiziyasına etdiyi şərhdə "Mənim adım Çelsi Manningdir. Mən qadınam "deyib. Uşaqlığından bəri özünü qadın olaraq gördüyünü söyləyn Manning, tezliklə hormon müalicəsinə başlamaq və adını Çelsi olaraq dəyişdirmək istədiyini söyləyib. Manning, Wikileaks-ə sızdırdığı sənədlər səbəbiylə casusluqda günahlandırılmış və 35 il həbs cəzası almışdı.