Təhsil Nazirliyindən "pulsuz" dərsliklərin satışı ilə bağlı açıqlama

26 Avqust 2013 11:05 (UTC+04:00)
Təhsil Nazirliyi şagirdlərə hansı dərsliklərin pulsuz veriləcəyini açıqlayıb. Nazirlikdən Movqe.az-a verilən məlumatda metro keçidlərində, bəzi kitab mağazalarında üzərində "pulsuz" yazılmış dərsliklərin satılmasına da aydınlıq gətirilib. Məlumatda bildirilir ki,dövlət ümumtəhsil məktəblərinin şagirdləri bütün dərsliklərlə pulsuz təmin olunurlar. Üzərində "pulsuz" yazılmış dərsliklərin satışının qarşısının alınması digər müvafiq dövlət qurumlarının səlahiyyətindədir.