Mövqelərimiz atəşə tutulub

26 Avqust 2013 11:48 (UTC+04:00)

Düşmən cavab atəşi ilə susdurulub

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Ağdam rayonunun Yusifcanlı, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.


Düşmən cavab atəşi ilə susdurulub.