Qardaş qardaşın qatili oldu

26 Avqust 2013 11:57 (UTC+04:00)

Qardaşlar arasında mübahisə qanla nəticələnib

Xırdalanda qardaş qardaşı qətlə yetirib. Abşeron rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhəri Hüseyn Arif küçəsi, 84 ünvanında qeydə alınıb.

1972-ci il təvəllüdlü Ağaşərif Tofiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində qardaşı, 1974-cü il təvəllüdlü Əbdülü bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən A.Hüseynov tutulub.


Faktla bağlı araşdırma aparılır.