Avropanı fəth edən azərbaycanlı bəstəkardan möhtəşəm hazırlıq-FOTOLAR
26 Avqust 2013 12:05 (UTC+04:00)
Mövqe.az-ın məlumatına görə, onlar birlikdə Avropanı gəzərək, çox
gözəl istirahət ediblər. Aygün Səmədzadə
gəzintilərindən ağız-dolusu Mövqe.az-a
danışıb: "Səyahəti sevirəm. Dünyanın
bir çox ölkələrini qarış-qarış gəzmişəm.Və düşünürəm ki, insanın ən
gözəl xatirələri onun gəzdiyi yerlərlə bağlı
olur. Ölkələr hadqa kitablardan nə qədər oxusan,əlin-ayağın o
torpağa,daşa , küçələrə dəyməsə olmur. Səyahətə Xanım İsmayıl qızı
ilə çıxmışdıq. Bir-birimizə uyğun yol-yoldaşı olduğumuzdan bu bizim
bərabər artıq 3-cü səfərimizdir.Bir həftə İspaniyanın ikinci
şəhəri, Kataloniyanın paytaxtı,dünyanın çox gözəl, maraqlı və
mədəni şəhərlərindən olan Barselonada, Aralıq dənizi
sahillərində dinçəldikdən sonra, yüksək temp tələb edən səyahətə
başladıq. İtaliyaya gəldik və nəfəsimizi demək olar ki, dərmədən
Milan,Venesiya, Florensiya və Romada olduq. İsveçrənin kiçik bir
şəhərini də gəzmək imkanımız oldu. İtaliyanı-dünyanın ən mühüm
sənət və tarix mərkəzini gəzməyə aylar yetməz. Milanın
dəb-dəbəsini, Florensiyanın zərifliyini, Romanın möhtəşəmliyini,
Venesiyanın yavaş-yavaş sulara çökən kədərli gözəlliyini görməkçün
oralara tezliklə yenə getmək fikrim var.
Tanınmış bəstəkar səfər təəssüratlarından sonra yeni mövsümdə bol
enerji ilə işlərə start verəcəyindən də danışdı: "2 film və bir
tamaşa musiqisi təhvil verməliyəm. Daha doğrusu yaratmalıyam..Buna
görə də, çox işləməliyəm. Kaş ki, gəzdiyim sənət məkanlarında
fırlanan ilham pəriləri burda köməyimə gəlsinlər. Planımda birinci
ilham pərilərilə müqavilə bağlamaqdı, sonra isə yaratmaq..."
(gülür)
Mövqe.az sizə Aygün Səmədzadənin və Xanım İsmayılqızının birlikdə
istirahət zamanı çəkdirdikləri fotoları təqdim edir: