Kolleclərə qəbul imtahanlarının nəticəsi nə vaxt açıqlanacaq?

26 Avqust 2013 12:30 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə keçirdiyi qəbul imtahanın nəticəsini yaxın günlərdə elan edəcək. Komissiyadan Movqe.az- verilən məlumata görə, hazırda imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. İmtahan avqustun 25-də Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmaz şəhərlərində ümumilikdə 71 binada təşkil olunub. İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, imtahanın keçirildiyi bütün binalarla müntəzəm olaraq əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə saxlanıb.