Bakıda gecə 17 yaşlı qız ailəsinə dəhşətli anlar yaşatdı

26 Avqust 2013 12:36 (UTC+04:00)
Bu gecə saat 03:00 radələrində Bakının Xətai rayonunda 17 yaşlı qız ailəsinə dəhşətli anlar yaşadıb. Rayon Polis İdarəsindən Movqe.az-a  verilən məlumata görə, H.Əliyev küçəsi 18 ünvanında yaşayan 1996-cı il təvəllüdlü S.Z. çoxlu dərman preparatı qəbul eidb. Onu yatağında huşsuz tapan doğmaları qızı dərhal xəstəxanaya çatdırıblar. Həkimlərin səyi nəticəsində qızın həyatını xilas etmək mümkün olub. Lakin 17 yaşlı S.Z-a hələ də xəstəxanadadır və onun vəziyyəti orta ağırdı.

Hüquq-mühafizə əməkdaşları qızın canına qıymasının səbəblərini araşdırır.