Eminin Londonda yeni diski təqdim olundu

3 Aprel 2012 20:04 (UTC+04:00)
Rusiyada yaşayan tanınmış azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarovun "After the thunder" adlı yeni albomunun ilkin buraxılışı təqdim olunub. Musiqi toplusunun ilk nüsxəsi Londonda fəaliyyət göstərən "Bakı" restoranının qonaqlarına verilib.

Qonaqlar arasında yeni albomun prodüseri Brayn Roulinq də iştirak edib. Qeyd edək ki, E.Ağalarovun "After the thunder" diski rəsmi olaraq mayın 21-də təqdim ediləcək.