Uşaq pornoqraf provayderi həbs edildi

26 Avqust 2013 15:43 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, "Planetin ən böyük uşaq pornoqraf  provayderi" olduğu iddia edilən 28 yaşlı İrlandiyalı Erik Eoin Marquesin həbs olunduğu ölkəsindən mühakimə üçün ABŞ-a deportasiya edilməsi istənilir. ABŞ-lı səlahiyyətlilər, Marquesin uşaq pornoqrafiyasıyla əlaqədar çox narahat edici görüntüləri internetdən paylama və təqdimatını etdiyini iddia edir. Məhkəmə, FBI-ın deportasiya tələbini nəzərdən keçirənə qədər Marguesin İrlandiyada məhbus qalmasına qərar verib.