Kokain beynin quruıuşunu dəyişir?

26 Avqust 2013 18:01 (UTC+04:00)

Movqe.Az "BBC"yə istinadən xəbər verir ki, ABŞ tədqiqatçılarına görə, narkotik maddə qəbulunun ilkin mərhələsində belə, beynin quruluşu dəyişə bilir.  Heyvanlar üzərində aparılan və "Nature Neuroscience" jurnalında yayımlanan təcrübəyə görə narkotika qəbulundan bir az sonra yaddaş böyüməyə başlayır. Siçanlar üzərində aparılan təcrübə kokaindən sonra onların beyinlərində dəyişikliklər yarandığını göstərib. Mütəxəssislər bunu "öyrənmə asılılığı" adlandırıb. Narkotokin alındığı məkan və ya ətraf mühit də əsas rol oynayır. Siçanlar 2 müxtəlif otaqlara buraxılıb. Onların hər ikisi də kokain olan otağı seçib. Bu tədqiqatla narkotik məhsulunun beyin tərəfindən necə qəbul olunduğu öyrənilib.