"Onun gözlərini caynaqlarımla oyaram" - Zülfiyyə
26 Avqust 2013 21:00 (UTC+04:00)
Axşam.az-ın məlumatına görə, müğənni "ATV Maqazin"
dərgisinə müsahibəsində bəzi maraqlı məqamlara
toxunub.
"Mənim əsəbi halımı ancaq evdəkilər görə bilər.
Uşaqlıqdan bizi öyrədiblər ki, özümüzü bayırda yaxşı aparaq. Sizcə,
niyə bu qalmaqallara baş qoşmuram? Düşünürəm ki, birdən məni
hövsələdən çıxararlar, ağzımdan bir söz qaçar. Özümə güvənən
adamam, hamının cavabını necə lazımdırsa, elə də verə bilərəm. Hələ
heç vaxt olmayıb ki, kimsə mənim yerimə cavab versin. Dilim də var,
dilçəyim də. Ailəmə kim söz atarsa, onun gözlərini caynaqlarımla
oyaram. Heç kimin mənim şəxsi həyatıma müdaxilə etməyə haqqı
yoxdur. Çox gözəl ailəm var. Evimdə qızım böyüyür. O, dünyaya
gələndən sonra özümə bir çox şeydə məhdudiyyət qoydum: qızımın
alnıaçıq, başıdik gəzməsi üçün... Müğənnilərin övladları haqqında
efirdə kimsə danışanda hirslənirəm. Bundan onların özləri də
təqsirlidir. Əvvəlcə övladlarını millətin müzakirəsinə çıxarırlar,
bir söz deyəndə də inciyirlər" - deyə xalq artisti bildirib.