Gəncədə fəhlə damdan yıxılaraq ölüb

26 Avqust 2013 21:30 (UTC+04:00)
Gəncə şəhərində bədbəxt hadisə baş verib. Gəncə şəhər Prokurorluğundan verilən məlumata görə, Goranboy rayon sakini, 1962-ci il təvəllüdlü Məhəmməd Aşurov işlədiyi "Azəralüminium" ASC-nin Gəncə şəhər Alüminium Gil-Torpaq Zavodunda bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. M. Aşurovun müəssisənin damını rəngləyərkən hündürlükdən yıxılaraq öldüyü bildirilir.(APA)