AŞPA Bakıya 32 nəfərdən ibarət nümayəndə heyəti göndərir

27 Avqust 2013 11:51 (UTC+04:00)
Avropa Şurasının Parlament Assembleyası (AŞPA) Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün Bakıya 32 nəfərdən ibarət nümayəndə heyəti göndərəcək. Bu barədə AŞPA-dan Trend-ə bildirilib.

Məlumatda bildirilir ki, nümayəndə heyəti oktyabrın 7-dən 10-a kimi Bakıda olacaq.

AŞPA-dan bildiriblər ki, 7 nəfərdən ibarət nümayəndə heyəti isə seçkiqabağı vəziyyətin monitorinqini keçirmək üçün senytabrın 10-dan 13-ə kimi Bakıda olacaq.

Sözügedən nümayəndə heyətinin sentyabrın 13-də mətbuat konfransı keçirməsi planlaşdırılır. Məlumatda bildirilir ki, AŞPA seçkiləri izlədikdən sonra yekun hesabat qəbul edəcək.

Qeyd edək ki, Azərbaycanda prezident seçkisi oktyabrın 9-da keçiriləcək.