Sant-Peterburqda içində Azərbaycan vətəndaşları olmaqla kütləvi zəhərlənmə baş verib

27 Avqust 2013 12:03 (UTC+04:00)

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən inşaat firmasında kütləvi zəhərlənmə baş verib. APA-nın məlumatına görə, zəhərlənənlər arasında çoxlu sayda Azərbaycan vətəndaşları olub.

 "Pulkovo-3" hava limanının tikintisi ilə məşğul olan "IC Ictas-Astaldi" inşaat firmasında çalışan 350 nəfər Azərbaycan, Türkiyə və Tacikistan vətəndaşları nahar yeməyindən sonra zəhərlənib. Onların nahar yeməyində verilən toyuq ətindən zəhərləndiyi bildirilib.

 Zəhərlənən 350 nəfər təcili-tibbi yardım maşınları ilə Botkin Dövlət Xəstəxanasına aparılıb. Xəstəxanaya yerləşdirilənlərin əksəriyyətinə ambulator yardım göstərilib və onlar evə buraxılıb.

 15 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.