İtkin düşən gənc qadınının meyiti kanaldan tapıldı

27 Avqust 2013 13:49 (UTC+04:00)

Qadının ölümünün səbəbləri araşdırılır

Şabran rayonunda itkin düşən qadının meyiti tapılıb. APA-nın məlumatına görə, 1986-cı il təvəllüdlü Ramilə Yaqub qızı Eyvazovanın cəsədi Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində aşkarlanıb.


Şabran rayon polis şöbəsindən verilən məlumata görə, qadının ölümünün səbəbləri araşdırılır. R.Eyvazova ailəlidir, bir övladı var.


Faktla bağlı araşdırma aparılır.