Yaxın vaxtlarda Azərbaycanda ərzaq məhsullarının üzərinə Qida Təhlükəsizliyi Nişanı vurulacaq. Bu barədə məlumatı Movqe.az-a Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov verib. E. Hüseynov bildirib ki, Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi Nişanı (AİQTN) rəsmi qeydiyyatdan keçib. E. Hüseynov bildirib ki, AİB-nin Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi Nişanı Şöbəsi yaxın vaxtlarda qida məhsulları istehsal edən müəssisələrdə qiymətləndirmə aparacaqdır. AİQTN tələblərinə uyğun keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları istehsal edən müəssisələrin ərzaq məhsullarının etiketində aşağıda göstərilən nişanların uyğun gələnindən istifadə olunmasına icazə veriləcəkdir. a)Gümüş nişan, b)Qızıl nişan, c)Platin nişan: "Yaxın zamanlardan başlayaraq AİB, istehlakçıların təhlükəsiz ərzaq malı ilə təmin olunmasına stimullaşdırıcı dəstək verəcəkdir. Müasir standartlara cavab verən, istehlakçı üçün təhlükəsiz olan (HACCP) ərzaq malı istehsalı müəssisələri AİB-in təlim keçmiş qrupu tərəfindən qiymətləndiriləcək və nəticə müsbət olarsa müəssisə gümüş, qızıl və ya platin keyfiyyət nişanına layiq görüləcək. AİB nişan almış müəssisənin istehsalını müntəzəm ictimai nəzarətdə saxlamaqla, istehsal olunan malların təhlükəsizliyinə, keyfiyyətinə dair istehlakçıları məlumatlandıracaqdır".
Layihəyə USAİD-dəstək
verir.