Milli Kulinariya Assosiasiyasının seçimi Royal Omega 3 yağları oldu!
27 Avqust 2013 14:18 (UTC+04:00)
Bu günə kimi,
Super Sun yağları ilə beynəlxalq festivallarda uğurla təmsil olunan
və hər zaman qalibiyyət ilə vətənə dönən Azərbaycan Milli
Kulinariya Komandası bu dəfə, 03-05 sentyabr tarixləri arasında
Rusiyanın Sverdlovsk şəhərində keçiriləcək Beynəlxalq Kulinariya
festivalına Azərsun Holdinqin istehsalı olan Royal omega 3
qarğıdalı yağı ilə təmsil olunacaq. Milli kulinariya Assosiasiyasından
Movqe.az-a verilən məlumata əsasən bu dəfə məhz Royal yağlarına
üstünlüyün verilməsi, yağın xüsusiyyətləri ilə bağlıdır. Belə ki,
Royal Omega 3 ilə hazırlanan yeməklər mərkəzi sinir sisteminin
dayanaqlılığını artırır, vücud və zehni inkişafı qüvvətləndirir.
Digər vacib məqam ondan ibarətdir ki, bu yağ həm qazan
xörəklərində, həm qızartmalarda, həm də bütün salatlarda
əvəzolunmazdır. Komanda əmindir ki, festivaldan ən yüksək nəticələrlə
dönəcək.