Müğənnilərimiz albomlarından gələ biləcək gəlirə həsrət qalıblar

27 Avqust 2013 15:41 (UTC+04:00)

Samira Allahverdiyeva: "Həm piratçılıq, həm də ki, bu yöndə qazanc əldə etmək mümkün olmadığı üçün müğənnilər toya üz tututrlar"


Əcnəbi müğənnilərdən fərqli olaraq Azərbaycanda müğənnilər albomlarını satışından demək olar ki, ya gəlir əldə etmir, ya da bu məbləğ çox cüzi olur. Müğənni Vasif Məhərrəmli Mövqe.az-a açıqlamasında bununla bağıl bildirir: "Bəli, xaricdə müğənnilər albom satışından milyonlar qazandığı halda bizdə bu sahədə durğunluqdur. Müğənnilərimiz, içi mən qarışıq albomdan gəlir götürmür. Səbəb fərqlilikdir. Xarici müğənni albomdan, diskdən pul qazanırsa, bizim müğənnilər yalnız toydan gəlir, qazanc əldə edə bilirlər. Düşünrəm ki, müğənni toya getməsə, onun konserti də, albomu da, diski də daha uğurlu olur. Çünki o, bütün enerjisini və vaxtını öz yaradıcılıq işinə ayırır və gəlir barədə düşünmür". 

Müğənni Samira Allahverdiyeva isə düşünür ki, müğənnilər albomdan qazanc əldə edə bilərlər: " Bəli, bizim müğənnilər də əcnəbi müğənnilər ki, albom buraxdırıb,  qazanc əldə edə bilərlər. Sadəcə bunun üçün bu sektorda inkişaf lazımdır. Həm piratçılıq, həm də ki, bu yöndə qazanc əldə etmək mümkün olmadığı üçün müğənnilər toya üz tututrlar. Eləsi var şou-proqramlardan qazanır, eləsi də var ki, toya gedib toydan gəlir əldə edir".