11 saat fasiləylə vəfat etdilər

27 Avqust 2013 22:53 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ABŞ-ın Ohio əyalətində 65 ildir evli olan cütlüyün bir-birlərindən yalnız 11 saat failəylə həyata vida etdiyi bildirilib. Yaxınları, Harold və Ruth Knapkenin 11 Avqustda qaldıqları qocalar evindəki otaqlarında 11 saat fasiləylə öldüyünü bildirib. Cütlüyün qızları Margaret Knapke, əvvəl 91 yaşındakı atalarını, bir neçə saat sonra da 89 yaşındakı analarını itirdiklərini söyləyib. Bir-birlərini uşaqlıqlarından tanıyan cütlük, II. Dünya Müharibəsi əsnasında Haroldun orduya qatılmasının ardınca uzun illər məktublarla xəbərləşib. Müharibədən n sonra evlənən cütlüyün 6 uşağı, 14 nəvəsi və 8 nəticələri olub. Cütlüyün digər qızı Carol Romie anasıyla atasının 20 Avqustda 66-cı evlilik il dönümünü qeyd etməyə hazırlaşdığını söyləyib.