Monika Belluci boşanma qərarını təsdiqlədi

27 Avqust 2013 18:44 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Kinonun məşhur cütlüyü Monika Belluci ilə Vinsent Kasselin 14 illik münasibətdən sonra boşanma qərarı aldığı bildirilib. Belluci bu qərarın səbəbini  İtalya mətbuatına açıqlayıb. Belluci-Kassel ayrılığıyla əlaqədar iddiaları ilk olaraq Fransız Closer jurnalı ortaya atıb. İtalyan aktrisanın mətbuat spikeri də ANSA xəbər agentliyinə etdiyi şərhdə iddiaları təsdiqləyib. 1999-cu ildə evlənən 49 yaşındakı Belluci və 47 yaşındakı Kasselin Deva və Leonie adlarında iki uşağı var. Belluci, boşanma qərarının duyulmasından 24 saat sonra bir şərh edərək, "Professional həyatımız bizi bir-birimizdən uzaqlaşdırdı. Amma sevgimiz əbədi davam edəcək. O həmişə uşaqlarımın  atasıdır və bizə həmişə yaxın olacaq "deyib. Belluci, əri Kassel ilə birlikdə cəmi 9 film çəkdiklərini xatırlatdıqdan sonra, "Son dövrlərdə çəkilişlər üzündən tez-tez ayrı qaldıq. Uzaqlıq maneə törədilə bilməz hala gəldi. Bunun üstünə ortaq bir qərar verdik və sevgimizin həmişə sürəcəyi ilə əlaqədar şübhəmiz olmadığından öz yolumuza getməyi planladıq. Vinsent Rioda qalacaq. Mənim isə film müqavilələrinin Avropada davam edəcək "deyə bildirib.