Mü­xa­li­fət tut­du­ğu yan­lış möv­qe­yi ilə cə­miy­yə­tin hid­də­ti­nə tuş gə­lib

27 Avqust 2013 18:46 (UTC+04:00)

Ar­tıq Azər­bay­can­da ra­di­kal mü­xa­li­fə­tin öm­rü­nün so­nu­na ya­xın­la­şıb. Müs­tə­qil­lik əl­də edi­lən­dən üzü bə­ri mü­xa­li­fə­tin bu kə­si­mi döv­lət­çi­lik­dən da­ha çox, öz şəx­si ma­raq­la­rı­nın tə­min edil­mə­si üzə­rin­də ça­lı­şıb. Bu sə­bəb­dən də ötən müd­dət ər­zin­də xalq bir də­fə də ol­sun on­la­ra dəs­tək ol­ma­yıb. İn­di isə ra­di­kal mü­xa­li­fət uçu­ru­ma lap ya­xın­la­şıb.

Mə­sə­lə ilə bağ­lı mü­na­si­bə­ti­ni öy­rən­di­yi­miz YAP Si­ya­si Şu­ra­sı­nın üz­vü Ay­dın H­üsey­nov da bil­dir­di ki, cə­miy­yə­tin dəs­tə­yin­dən bir­mə­na­lı şə­kil­də kə­nar­da qal­mış mü­xa­lif kə­sim ar­tıq 20 il­lik yan­lış yo­lun so­nu­na ya­xın­la­şıb: "Bü­tün il­bo­yu yo­xa çı­xan, or­ta­lıq­da gö­rün­mə­yən ra­di­kal mü­xa­li­fət an­caq seç­ki ili­nə tə­sa­düf edən dö­nəm­lər­də üzə çı­xır. Cə­miy­yət an­caq mü­xa­li­fə­ti seç­ki ilin­də gö­rə bi­lib. Qa­lan təq­vim­lər­də isə mü­xa­li­fə­ti gü­nün gü­nor­ta ça­ğı çı­raq­la ax­tar­san da tap­maq qey­ri-müm­kün­dür. Za­man kə­si­yin­də var­lıq­la­rı­nı qo­ru­yub sax­la­ma­ğa ça­lı­şan mü­xa­li­fət üçün pub­li­ka ilə iş­lə­mək, cə­miy­yə­tin möv­qe­yi­nin ifa­də­çi­si ki­mi çı­xış et­mək ta­ma­mi­lə yad bir an­lam da­şı­yır. Çün­ki mü­xa­li­fət an­caq şəx­si ma­raq­lar müs­tə­vi­sin­də olan pro­ses­lər­də inad­kar­lıq gös­tər­mə­yə ça­lı­şır. Xal­qın ma­raq­la­rı­nı öz ma­raq­la­rın­dan aşa­ğı tut­muş mü­xa­li­fə­tin məhz seç­ki dö­nə­min­də or­ta­ya çıx­ma­sı isə cə­miy­yət tə­rə­fin­dən bir­mə­na­lı qar­şı­lan­mır. Bu sə­bəb­dən də ra­di­kal mü­xa­li­fət qa­tıl­dı­ğı bü­tün seç­ki­lər­də so­si­al dəs­tək­dən məh­rum olur. Be­lə və­ziy­yət də öz növ­bə­sin­də söz­süz ki, il­dən-ilə mü­xa­li­fə­tin ge­ri­lə­mə­si­nə, so­si­al da­yaq­dan ta­ma­mi­lə məh­rum ol­ma­sı­na açıq zə­min ya­rat­mış olur. Ey­ni za­man­da mü­xa­li­fət tut­du­ğu yan­lış möv­qe­yi ilə də cə­miy­yə­tin hid­də­ti­nə tuş gə­lib. Bu gün is­tə­ni­lən si­tua­si­ya­da in­san­lar ra­di­kal mü­xa­li­fət da­xi­lin­də öz­lə­ri­ni li­der ad­lan­dı­ran­la­ra ik­rah his­si ilə ya­na­şır. Bu bir tə­rəf­dən on­la­rın ke­çən əs­rin 90-cı il­lə­rin əv­vəl­lə­rin­də ha­ki­miy­yət­də olar­kən xal­qa olan mü­na­si­bə­tin­dən qay­naq­la­nır­sa, di­gər tə­rəf­dən mü­xa­li­fə­tin son 20 ili əha­tə edən dövr­də möv­qe­yin­də yol ver­di­yi də­rin sap­ma­lar­dan irə­li gə­lir. Be­lə­lik­lə, mü­xa­li­fət yan­lış ya­naş­ma prin­si­pi ilə özü ilə so­si­al mü­hit ara­sın­da də­rin uçu­rum və çat­lar ya­ra­dıb.

Cə­miy­yət­lə mü­xa­li­fət ara­sın­da­kı uçu­ru­mun ya­ran­ma me­xa­niz­mi...

1993-cü il­dən öl­kə­miz­də azad əda­lət­li seç­ki mü­hi­ti for­ma­la­şıb. Demok­ra­tik prin­sip­lər, şəf­faf də­yər­lər Azər­bay­can­da in­san­la­rın azad se­çim im­ka­nı­na, və­tən­da­şın si­ya­si ba­xış­la­rı­na tə­bii ki, tə­sir­siz ötüş­mə­yib. Məhz açıq bir cə­miy­yə­tin for­ma­laş­dı­ğı dö­nəm­də öz­lə­ri­nin şəx­si am­bi­si­ya­la­rın­dan kə­na­ra çı­xa bil­mə­yən ra­di­kal mü­xa­li­fə­tin qal­ma­sı isə söz­süz ki, bir­mə­na­lı qar­şı­lan­ma­yıb. Bü­tün de­mok­ra­tik cə­miy­yət­lər­də mü­xa­li­fə­tin möv­cud­lu­ğu la­büd ol­du­ğu üçün, Azər­bay­can­da da, si­ya­si sis­tem heç bir par­ti­ya­ya və ya­xud təş­ki­la­ta mü­əy­yən çər­çi­və­lər mü­əy­yən­ləş­dir­mir. Am­ma baş­qa cə­miy­yət­lər­dən fərq­li ola­raq bi­zim cə­miy­yət­də mü­xa­lif kə­sim öz möv­cud­lu­ğu­na an­caq şəx­si kon­teks­dən ya­na­şır. On­lar dü­şü­nür ki, mü­xa­li­fət­də ol­maq kon­nek­tur ma­raq­la­ra xid­mət et­mək an­la­mı ilə ey­ni­yət təş­kil et­mə­li­dir. Söz­süz ki, bu yan­lış­lıq ra­di­kal dü­şər­gə­yə if­las­dan bir metr də ol­sun uzaq­laş­ma­ğa im­kan ver­mir. Be­lə olan hal­da mü­xa­li­fət var­lı­ğı­nı qo­ru­maq üçün kə­nar­dan da­yaq ax­tar­ma­ğa gi­ri­şir. On­la­rın öz­lə­ri bu­nu eti­raf et­mə­sə­lər də, fakt odur ki, mü­xa­li­fə­tin bu gü­nə qə­dər var­lı­ğı­nı qo­ru­ma­sın­da kə­nar qütb­lə­rin hi­ma­yə­si əsas rol oy­na­yıb. Bu kə­nar qüv­və­lər isə da­im Azər­bay­can­da möv­cud sis­te­mə, xal­qa və döv­lə­ti­mi­zə qar­şı düş­mən möv­qe­yin­də­dir. Bu düş­mən­çi­lik priz­ma­sı isə nə ya­zıq ki, öl­kə da­xi­lin­də də özü­nə da­yaq ta­pa bi­lib. Bu da­ya­ğın isə məhz mü­xa­li­fə­tin üzə­rin­də qu­rul­ma­sı hə­min kə­si­min cə­miy­yə­tin hid­də­ti­nə tuş gəl­mə­si­nə rə­vac ve­rib.

Nə­ha­yət­də mü­xa­li­fə­tə son seç­ki­yə qa­tıl­maq əm­ri­nin ve­ril­mə­si...

Seç­ki ili baş­la­yar-baş­la­maz mü­xa­li­fə­tə kə­nar qütb­lər­dən gə­lən gös­tə­riş­lər dü­şər­gə­də sü­ni can­la­ma ya­ran­ma­sı­na sti­mul ki­mi də­yər­lən­di­ri­lə bi­lər. Çün­ki məhz kə­nar qüv­və­lə­rin si­fa­riş və tap­şı­rıq­la­rı müs­tə­vi­sin­də mü­xa­lif yet­ki­li­lə­rə rüb­dən-rü­bə di­vi­dent­lər gön­də­ri­lir. Bu­nun mü­qa­bi­lin­də isə on­lar­dan tə­ləb olu­nan prin­sip­lər mü­əy­yən­ləş­di­ri­lir. 2013-cü il də hə­lə ötən təq­vim ilin­dən mü­xa­li­fət üçün ölü il ki­mi qiy­mət­lən­di­ril­miş­di. La­kin son­ra­dan mə­lum gös­tə­riş və diq­tə­lə­rə əsa­sən mü­xa­li­fət seç­ki­yə ha­zır­la­maq oyu­nu adı al­tın­da mü­əy­yən ma­nevr­lər et­mə­yə baş­la­dı. Ar­dı­cıl ola­raq ra­di­kal dü­şər­gə­də bir ne­çə təş­ki­lat ya­ra­dıl­dı və son­ra­dan bu­nun lü­zum­suz­lu­ğu qə­ra­ra alı­na­raq kə­nar­dan si­ya­sə­tə ai­diy­ya­tı ol­ma­yan şəx­si oyu­na qat­ma­lı ol­du­lar. Mü­xa­li­fə­tə, 20 il da­vam edən bü­tün da­xi­li kü­sü­lü­lük­lər müs­tə­vi­sin­də "ge­din bir yer­də olun əm­ri ve­ril­di". Son­ra­dan isə on­la­ra sa­da­la­nan şəx­si va­hid na­mi­zəd ki­mi sı­rı­dı­lar. Baş­qa vax­tı öz ara­la­rın­da heç bir gü­zəşt ta­nı­ma­yan­lar bu də­fə ağız­la­rı­na su alıb da­yan­dı­lar. H­ət­ta mü­xa­li­fət on­la­ra "va­hid na­mi­zəd" ki­mi təq­dim olu­nan şəx­sin baş­qa öl­kə­də dai­mi ya­şa­maq hü­qu­qu­nun ol­ma­sı, iki­li və­tən­daş­lı­ğın­dan xə­bə­ri ola-ola sus­du. Nə­ha­yət­də isə "in­di öz içi­niz­dən bir nə­fər seç­ki­yə na­mi­zəd gön­də­rin" gös­tə­ri­şi gəl­di. Mü­xa­li­fət də hə­min gös­tə­ri­şə uy­ğun ad­dım at­ma­lı ol­du. Bu da mü­xa­lif dü­şər­gə­nin du­ru­mu­nun nə yer­də ol­du­ğu­na əya­ni sü­but­dur. Be­lə­lik­lə gu­ya 20 il­dən son­ra mü­xa­li­fət seç­ki­yə "va­hid" na­mi­zəd­lə ge­də­si ol­du. Mə­lum­dur ki, bu na­mi­zə­di kim­lər və ne­cə mü­əy­yən­ləş­di­rib­lər. Əsas mə­lum olan odur ki, mü­xa­li­fət seç­ki­yə ki­min­lə və ne­cə get­mə­yin­dən ası­lı ol­ma­ya­raq seç­ki­də ki­min ma­raq­la­rı­nı ifa­də et­mə­yə ça­lı­şa­caq...?