Bakıda qan içində meyit tapıldı

28 Avqust 2013 11:56 (UTC+04:00)
Bakının Nərimanov rayonu ərazisində çoxsaylı bıçaq xəsarətlərilə öldürülən kişi meyiti tapılıb. Bakı şəhər Baş Polis İdarəsindən  Movqe.az-a verilən məlumata görə, Daş karxanası küçəsində tapılan meyitin Ordubad rayon sakini Rasim Nağıyevə məxsus olduğu məlum olub.


Hüquq-mühafizə əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Xaçmaz rayon sakini Zöhrab Əsgərov tutulub. Onun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.