Həbsxanada narkotikli dovğa keçirmək istədilər

28 Avqust 2013 11:55 (UTC+04:00)

Müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb

Bakı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən anspress-ə verilən məlumata görə, Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən həmin müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.


Avqustun 27-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan Zamir Qərib oğlu Yusifova vətəndaş Murad Cəsur oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilərkən 1 (bir) litr həcmində "Dovğa"nın içərisində şəffaf sellofan bükülülərdə xalis çəkisi 0,737 qram olan narkotik vasitə "Heroin" aşkar edilərək götürülüb.


Qeyd edək ki, Zamir Yusifov təcridxanada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılır.