Azər peşman oldu :"İlk gündən böyüklərimin razılığı olmadan Vüsalə ilə ailə qurdum"

28 Avqust 2013 12:18 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə, aparıcı Azər İsmayılov son günlərdə yazdığı statusları ictimailəşdirdiyinə görə saytları qınayıb və bundan sonra susacağını bildirib. Onun yazdığı statusu nəzərinizə çatdıraq: "Bugündən mən susdum. Kim ne deyir, desin. Zamana buraxdım". 


Lakin bir neçə saatdan sonra  aparıcı, özü sosial şəbəkədə yeni bir status paylaşıb: " Saytlara girib özüm haqqında cəfəngiyyat, böhtanları oxuyanda danışmağa məcbur oldum. Bütün bunlara son qoymaq üçün açıqlama verirəm və həmkarlarımdan xahiş edirəm ki, artıq bu haqqda məlumat yazmasınlar. İlk gündən böyüklərimin razılığı olmadan o xanımla ailə qurdum, indi başa düşdüm ki, böyüklərin sözünə qulaq asmayan böyürə-böyürə qalar. O xanımla evlənməklə həyatımın ən böyük səhvini etsəm də, qazandığım gül bala bir qızım oldu. Bundan sonra hər zaman pis günündə, yaxşı günündə də qızımın yanındayam. O xanımın yolu açıq olsun".