İlhamə Qasımova intim mahnı ifa edəcək-ÖZƏL

28 Avqust 2013 15:28 (UTC+04:00)
Mövqe.az-ın məlumatına görə, müğənni İlhamə Qasımova tezliklə yeni bir hit olacaq mahnı təqdim edəcək. Mahnı "Səni sevirəm" adlanır. Mahnının sözləri və musiqisi Murad Arifə məxsusdur. Belə ki, Murad Arifin mövqe.az-a verdiyi məlumata görə, "Səni sevirəm" hit mahnılar sırasında olacaq: Tezliklə "Səni sevirəm" adlı mahnım İlhamə Qasımovanın ifasında səslənəcək. Bu mahnı bu günədək yazdığım ən intim, ən özəl, ən şəxsi iş, başqaa bir dünyadır. Sevənlər yeni mahnımı İlhama Qasımovanın ifasında eşidəcəklər.