İngiltərə BMT Təhlükəsizlik Şurasına qərar layihəsi təqdim edəcək

28 Avqust 2013 17:00 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, İngiltərə, BMT Təhlükəsizlik Şurasına təqdim edilməküçün "Bəşər Əsədin kimyəvi hücumlarından vətəndaşların qorunmasına yönəlmiş lazımlı icazələri" ehtiva edən bir qərar layihəsi hazırlayıb. İngiltərə Baş naziri Deyvid Kameron, ölkəsinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına təqdim edilmək üçün bir qərar layihəsi hazırladığını açıqlayıb. Xəbəri Tvitter hesabından bildirən Kameron, belə yazıb:

"İngiltərə Əsad tərəfindən təşkil edilən kimyəvi hücumları qınayan və bu hücumlardan vətəndaşların qorunmasını təmin edəcək lazımlı tədbirləri ehtiva edən bir qərar layihəsi hazırlayıb. BMT Təhlükəsizlik Şurasının məsuliyyətlərini yerinə yetirməsini hər zaman istədiyimizi söylədik. Bu gün bunu reallaşdıra bilməyimiz üçün bir fürsət var."

Kameronun spikeri isə qərar layihəsinin bu gün növbəti saatlarda Təhlükəsizlik Şurasına təqdim ediləcəyini söyləyib.