Azərbaycanda sosial sığorta haqlarının ödəniş strukturuna dəyişikliklər olacaq

28 Avqust 2013 18:30 (UTC+04:00)

Mövqe.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bəyan edib.

 

Belə ki, əgər hazırda sosial ayırmalarda əmək haqqının 22%-ni işəgötürən, 3%-i isə işçi ödəyir, gələcəkdə bu nisbətin 18% və 7%-ə dəyişdirilməsi planlaşdırılır. S.Müslümov bildirib ki, Avropa və MDB ölkələrində bu proses gedir və insanların öz əmək haqlarından ödədiyi vəsaitin həcmi artır. Nəticədə, işçinin payı artır, işəgötürənin məsuliyyəti isə azalır.

 

S.Müslümovun sözlərinə görə, bu proses Azərbaycanın pensiya sistemində aparılan islahatların proqramında nəzərdə tutulub. DSMF başçısı bildirib ki, sözügedən dəyişikliklər ya bu il, ya da gələn il həyata keçiriləcək.