Beren Saat Kıvanç Tatlıtuğu izləyir?

28 Avqust 2013 19:31 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Beren Saat, keçmiş rol yoldaşı Kıvanç Tatlıtuğun yeni mövsümdə alacağı ödənişi bildikdə o da məvacibinə artım istəyib. Ötən mövsüm hər bölümə 55 min lirə alan məşhur aktirisa artıq 65 min lirə qazanacaq. Gözəl aktrisa, Tatlıtuğ ilə "Aşkı Memnu"dan bu yana eyni ödənişi aldıqlarını və eyni nisbətdə Reytinq sahib olduqlarını irəli sürüb. Beren Saat yalnız seriallarda deyil, reklamlarda da Tatlıtuğu izləyir. Tatlıtuğun bir bank reklamından 2 milyon dollar aldığını öyrənən məşhur aktrisa rol aldığı şampun reklamından da eyni ödənişi tələb edib.