Dəhşət: Bakıda ana və 2 yaşlı körpəsi çoxmərtəbəli binadan yıxıldı

29 Avqust 2013 12:15 (UTC+04:00)
Bakı şəhərinin Qaradağ rayonu ərazisində 32 yaşlı qadın azyaşlı övladı ilə çoxmərtəbəli binadan yıxılıb. Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Müşfiqabad qəsəbəsi bina 5, mənzil 27 ünvanında 1981-ci il təvəllüdlü Əliyeva Aynur Məzahir qızı 2 yaşlı qızı Əliyeva Zamulə Elçin qızı ilə birlikdə eyvandan yıxılıb. 4-cü mərtəbədən yerə düşən ana və körpəsi ağır xəsarətlər alıb. Hər iki yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyətləri ağırdır.

Hadisə ilə bağlı araşdırmalar aparılır.