Kolleclərə qəbul olunanlara xəbərdarlıq edildi
29 Avqust 2013 12:33 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 9 illik ümumi orta təhsil
bazasında kolleclərə qəbul olmuş abituriyentlərə müraciət edib.
TQDK-dan Movqe.az-a verilən məlumata görə, 2013/2014-cü tədris ili
üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili
müəssisələrinə qəbul olanlar avqustun 29-dan sentyabrın 6-dək
(şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil
olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan
keçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin
müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi
qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas
məktəbinə göndərilməyəcək.