Türkiyə zenit-raket komplekslərini Suriyaya tərəf yönəldib

29 Avqust 2013 13:03 (UTC+04:00)

Türkiyə-Suriya sərhəddi yaxınlığındakı Hatay vilayətində yerləşən Türkiyə HƏM bölmələri gücləndirilmiş rejimdə çalışır.

hlas" agentliyinin bugünkü məlumatına əsasən, zenit-raket kompleksləri (ZRK) və radarlar Suriya tərəfə yönəldilib. Buna səbəb Qərb tərəfində Suriyaya qarşı müzakirə olunan hərbi əməliyyatlarla bağlı olaraq Suriya tərəfindən gələ biləcək təhlükələrdir. Radarlar daimi rejimdə çalışır.

Türkiyənin sərhədində "Houk" raketi ilə bir neçə mobil ZRK var ki, bunlar da təyyarə və raketlərin məhv olunmasında istifadə edilir. Suriya tərəfindən təhlükə yaranarsa, bu komplekslər işə salınacaq.

Çərşənbə günü Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu bildirib ki, Türkiyə silahlı qüvvələri respublikanın təhlükəsizliyini təmin etmək üçün bütün lazımı addımları atacaq. Bura həm bir il bundan qabağa orduya Parlament Mandatı tərəfindən verilən cavab zərbəsi endirmə hüququ da daxildir. Eyni zamanda hələ, Suriya əleyhinə əməliyyat zamanı Ankaranın yalnız ərazisini qoruyacağı yoxsa hərbi əməliyyatın özündə birbaşa və ya dolayı yolla iştirak edəcəyi məlum deyil.