Azərbaycanda fiziki qüsurlu şagirdlərin sayı açıqlanıb

29 Avqust 2013 13:40 (UTC+04:00)
Təhsil Nazirliyi orta məktəblərdə təhsil alan fiziki qüsurlu şagirdlərin sayına aydınlı gətirib. Mövqe.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Respublika üzrə ümumtəhsil məktəblərində Psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə 217 nəfər sağlamlıq imkanları məhdud (həm əqli, həm fiziki cəhətdən) uşaq təhsilə cəlb olunub.