Kütləvi davada üç nəfər bıçaqlanıb

29 Avqust 2013 13:41 (UTC+04:00)

Azərbaycanda kütləvi dava olub.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sumqayıt şəhəri, 15-ci məhəllənin ərazisində 3 naməlum şəxs münaqişə zəminində şəhər sakinləri Rza Vahabov, Murad Əkbərli, Xaliq Hüseynovu bıçaqlayıb, İmran Məmmədovu isə döyüblər. Görülən zəruri tədbirlər nəticəsində hadisəni törədən şəhər sakinləri Cavid Abdullayev, Fariz Məmmədov və Elçin Hacıyev tutulub. Faktla bağlı araşdırma aparılır.