Fahişəliklə məşğul olan qadın tutuldu

29 Avqust 2013 15:24 (UTC+04:00)
Gəncə şəhərində fahişəliklə məşğul olan qadın tutulub. Mövqe.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İnsan Alverinə qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Günel Tağıyevanın gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdiyi də məlum olub.

Araşdırmalar davam etdirilir.