Bu ilin 8 ayında Bakıda yol qəzalarında 214 nəfər ölüb

29 Avqust 2013 15:35 (UTC+04:00)

Cari ilin ilk 8 ayında paytaxtda baş verən yol qəzalarında 214 nəfər ölüb.


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif ƏsədovunAPA-ya verdiyi məlumata görə, yanvarın 1-dən avqust ayının 28-dək paytaxtda 646 yol qəzası baş verib. Nəticədə 214 nəfər ölüb, 681 nəfər yaralanıb.