Həyat Marsdan başlayıb?

29 Avqust 2013 15:55 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Həyatın əvvəl Marsda başladığı iddiası, elə-belə deyilmiş bir söz deyil. İtalyanın Florensiya şəhərində təşkil edilən Goldschmidt Yığıncağında Professor Stivn Benner tərəfindən ortaya atılan bir iddiadır. Professor Benner, Qırmızı Planetin milyonlarla il əvvəl biologiyanın başlanğıcı üçün daha uyğun bir yer olduğu fikirindədir. Elm insanları həyati orqanizmlər olan RNT, DNT və zülalları meydana gətirən atomların ilk olaraq necə birləşdiyilə maraqlanırdılar. RNT-nin yaşayan orqanizm meydana gəlməsində iştirak edə bilməsi üçün əvvəl mineralların kristal səthindəki atomlar tərəfindən formalaşdırılması lazımdır. RNT-nin formalaşmasındakı ən təsirli mineralların Yerdəki okeanlarda olduğu düşünülürdü. Lakin Professor Benner, Marsın bunun üçün daha uyğun olduğu fikirindədir. Benner bu fikrindən yola çıxaraq həyatın əvvəl Marsda başladığını və ardınca meteroitler vasitəsilə Dünyaya çatdığını söyləyir. Həyatın əvvəl Marsda başladığı arqumenti əvvəllər də gündəmə gətirilmişdi. Bennerin bu nəzəriyyələrə etdiyi əlavə isə bor və molibden elementlərini ehtiva edən mineralların, həyatı yaradan molekulların meydana gəlməsində kilid əhəmiyyətə sahib olduğunu söyləməsidir.